Modern.az

İlham Əliyevin dəmir yumruğu Ermənistan ordusu haqda mifi dağıtdı

İlham Əliyevin dəmir yumruğu Ermənistan ordusu haqda mifi dağıtdı

20 Oktyabr 2021, 17:55

Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın bu gün keçirilən iclasında söyləyib.

 

“8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş tədbirdə, həmçinin, Şura sədrinin birinci müavini, deputat Əhliman Əmiraslanov, müavinlər - deputat Eldar İbrahimov, Elmira Süleymanova, Bayram Yusifov, Vahid Novruzov, Tahir Süleymanov, İdarə Heyətinin üzvləri deputat Ziyad Səmədzadə və Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlınski, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası İzzət Rüstəmov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov və Bakı şəhərinin digər rayonlarının təşkilat sədrləri, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli və Böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev iştirak ediblər.

 

İclasda Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Eldar Quliyev otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində azad edildiyini bir daha böyük fəxrlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu Ermənistan ordusu haqqındakı mifi darmadağın etdi və haqq-ədalət uğrunda aparılan 44 günlük Vətən müharibəsi şanlı Qələbəmizlə başa çatdı. Xalqımızın tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi yüzlərlə şəhidimizin qanı ilə yazılan bu Zəfər bizim və gələcək nəslin əbədi rəşadət rəmzi, and yeri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü”nün bütün xalqımız kimi, ağsaqqallarımız tərəfindən də yüksək səviyyədə qeyd edildiyini vurğulayan Şuranın sədri Eldar Quliyev şəhidlərimizə və qazilərimizə hər zaman borclu olduğumuzu və onların qarşısında böyük ehtiramla baş əydiyimizi bildirib. Sonra o əlavə edib ki, hər bir vətəndaş kimi, biz ağsaqqallar da daşıdığımız məsuliyyət və vəzifə çərçivəsində gənclərimizin qəhrəmanlarımız kimi mərdliklə, cəsarətlə, sağlam əsaslar üzərində tərbiyə edilməsində əlimizdən gələni əsirgəməməliyik. Öyüd və nəsihətlərimizlə,  təbliğat və təşviqatımızla bu şərəfli tariximizi və bu rəşadətli, ölümsüz  qəhrəmanlarımızı  gənc nəslin qan yaddaşına əbədi həkk etməliyik. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev qeyd edib ki, xalqımız 18 gündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmən üzərində böyük qələbə qazanaraq torpaqlarımızın işğaldan azad edildiyi günü – “Zəfər günü”nü ən əziz bayramlardan biri kimi yüksək təntənə və fəxrlə qeyd edəcəkdir.

 

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, düşmənin məhv edilməsindən, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasından qürur hissi ilə bəhs edən Azərbaycan Ağsaqqallar  Şurası sədrinin birinci müavini, deputat Əhliman Əmiraslanov öz çıxışında vurğulayıb ki, ölkəmizin, o cümlədən şəhər və rayonların mədəni-ictimai həyatında mühüm rol oynayan ağsaqqallar da həm 44 günlük Vətən müharibəsində, həm də hazırkı pandemiya dövründə əhaliyə mənəvi dəstək olublar. O həmçinin qeyd edib ki, dövlətimizin hər zaman yüksək səviyyədə qayğı ilə əhatə etdiyi gənc nəslə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri tərəfindən də alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərdən uzaq sağlam həyat tərzi, idman və düzgün yaşam fəlsəfəsi təbliğ olunmalıdır. Bir sözlə, biz hər sahədə dövlətə dəstək olmalı, həm fiziki, həm də mənəvi cəhətdən sağlam cəmiyyətin formalaşması üçün böyük səylər göstərməliyik.

 

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, deputat Eldar İbrahimov böyük Qələbə ilə başa çatan Vətən müharibəsindən danışaraq hər kəsi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. Natiq vurğulayıb ki,  2021-ci ilin yanvar-iyun aylarında respublikanın 76 rayon və şəhərində, o cümlədən Bakı şəhərinin rayonlarında ağsaqqallar şuralarının konfransları keçirilib, yeni Əsasnamələr qəbul edilib, yeni tərkib formalaşdırılıb. Hal-hazırda həmin şəhər rayonlarda yerli təşkilatlar pandemiya şəraitini nəzərə almaqla öz işlərini uğurla davam etdirirlər. Eldar İbrahimov, həmçinin, qeyd edib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük vüsətlə quruculuq işləri gedir və Azərbaycan Ağsaqqallar Şurası  tezliklə həmin ərazilərdə də öz yerli təşkilatlarının fəaliyyətini bərpa edəcəkdir. O, əmin olduğunu bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında təşkilat bundan sonra da daha intensiv şəkildə fəaliyyət göstərəcəkdir.

 

Daha sonra çıxış edən Bakı şəhəri rayonlarının Ağsaqqallar Şuralarının sədrləri  Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında tarix yazan qəhrəman Azərbaycan Ordusunun misilsiz şücaətlərindən söhbət açaraq şəhidlərimizin xatirəsinin müqəddəs olduğunu, onları heç vaxt unutmayacağımızı və unutdurmayacağımızı qeyd ediblər. Onlar tədbir iştirakçılarının diqqətinə çatdırıblar ki, rayon və şəhərlərdə nəinki bu möhtəşəm Zəfər Günü ərəfəsində, digər günlərdə də şəhid ailələri və qazilərlə görüşlər keçirilir, qarşılaşdıqları problemlərlə maraqlanır və  onların aradan qaldırılmasında köməklik göstərirlər. Vurğulanıb ki, dövlətimiz əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqları heç vaxt unutmur,  şəhid ailələrinin və qazilərimizin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, lakin biz ağsaqqallar da digər sahələrdə olduğu kimi, bu işlərdə də əlimizdən gələni əsirgəməməliyik.

 

İclasda, həmçinin, tədbir iştirakçıları tərəfindən bəzi təşkilati məsələlər, qarşıda duran vəzifələr müzakirə edilib. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev rayon sədrlərinə yeni vəsiqələrini təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?