Modern.az

Reyxstaqa qələbə bayrağı sancan sovet əsgəri öldü

Reyxstaqa qələbə bayrağı sancan sovet əsgəri öldü

17 Fevral 2010, 18:10

1945-ci ilin yazında Berlində Reyxstaq üzərində qələbə bayrağını sancan sovet əsgəri, Böyük Vətən müharibəsi veteranı 94 yaşlı Abdulxakim İsmayılov bu gün Dağıstanın Xasavyurt şəhərində vəfat edib. Modern.az xəbər verir ki,  bu barədə Xasavyurt administrasiyası məlumat yayıb.  Rusiya Qəhrəmanı 1916-cı il iyulun 1-də Xasavyurt rayonunun Çaqorotar kəndində anadan olub. O, müharibə illərində Ukrayna cəbhəsində əvvəlcə 82-ci qvardiya atıcı diviziyada, sonra 83-cü qvardiya kəşfiyyat rotasında döyüşüb. Müharibə illərində İsmayılov 3 dəfə yaralanıb.   Veteran Rusiya Qəhrəmanı adını 1996-cı ildə alıb.  Dağıstanlı əsgər 1945-ci ildə döyüş yoldaşları ilə bir neçə dəfə Reyxstaq üzərinə qalxaraq qələbə bayrağını sancıblar.  Lakin almanlar dəfələrlə bayrağa atəş açaraq onu sala biliblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi