Modern.az

Ankarada Qarabağ Zəfəri qeyd olunur - FOTO

Ankarada Qarabağ Zəfəri qeyd olunur - FOTO

Aktual

22 Oktyabr 2021, 09:23

Ötən ilin  qızıl payızının əvvəllərində başladığılmız müqəddəs Vətən savaşımızda  yanımızda olan qardaş Türkiyə Cümhuriyyəti 1 il keçəndən sonra 44 günlük Zəfərimizi də qeyd edir. Bu məqsədlə ölkənin siyasi, təhsil və beynəlxalq dairələrində  Azərbaycanın qazandığı zəfərə həsr olunmuş konfranslar, şənliklər və yığıncaqlar keçirilir.


Modern.az xəbər verir ki, dünən Ankara İldırım Bəyazid Universiteti (AYBU) Beynəlxalq Münasibətlər   və Starteji Araşdırmalar (ULİSA) İnstitutunda “Qarabağda normallaşma dövrü: hüquqi və siyasi dəyərləndirmələr” adlı konfrans təşkil olunub. 

Konransda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycan Ombudsmanı Səbinə Əliyeva da iştirak edib.  Azərbaycanın səfiri Rəşad Məmmədov və  Ankara Universitetin (AYBU) rektoru dr. İldırım Aydınlın, Türkiyə İnsan Haqları ve Bərabərlik hüquqlu Qurumun rəhbəri prof. Müharrəm Kılıç  arasında  keçirilən söhbətində Azərbaycanın bu günü, Türkiyə ilə yeni münasibətlər, təhsil islahatları ətrafında söhbət ediblər.


Azərbaycanın səfirinin sözlərinə qüvvət verən  rektor İldırım Aydınlı bu gün Türkiyənin gündəminin Azərbaycan olduğunu söyləyib. Və qeyd edib ki, rəhbərlik etdiyi 11  yaşlı təhsil ocağında  dünyanın bütün ölkələrindən olan tələbələr təhsil alır. Burada təhsil alan azərbaycanlı tələbələr haqqında da məlumat verib. Professor İldırım Aydınlı 2 milyon kvadrat metr ərazini əhatə edən  universitetin  Həsənboğa hava limanı istiqamətindən açılan giriş qapısı tərəfindən Azərbaycan şəhidləri və qazilərinin adına 3 min kvadrat metr  ərazidə meşəlik massivi salmaq istədiklərini, buradakı ağacların hər birinin üstündə Qarabağın azadlığı, 44 günlük müharibədə şəhid olanlar  və Xocalıda həyatını itirənlərin xatirə lövhəsinin yazılacağını bildirib.


Azərbaycan diplomatı R.Məmmədov hər bilikli bir tələbənin təkcə Azərbaycanın deyil, türk dünyasının qazancı olduğunu, alınan nəticələrin hamımızın uğuru sayıdlığını söyləyib. Və əlavə edib ki, Ankara Bəyazit İldırım adına  Universitetin ərazisində  salınacaq  meşə massivinin ərsəyə gəlməsində əlindən gələn köməyi əsirgəməyəcək.

Görüşün ikinci hissəsində isə Ankara İldırım Bəyazid Universiteti (AYBU) Beynəlxalq Münasibətlər   və Starteji Araşdırmalar (ULİSA) İnstitutunda  “Qarabağda normallaşma dövrü: hüquqi və siyasi dəyərləndirmələr” adlı panel konfransı öz işini davam etdirib.

AYBU ULİSA rəhbəri doç.dr.İbrahim Dəmir, Azərbaycan Ombudsmanının nümayəndəsi Zaur Vəliməhmədli, İran Araşdırmalar Mərkəzinindən  Kənan Aslanlı, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər bölümünün rəhbəri professor Toğrul İsmayıl iştirak ediblər. Panel müzakirəsinin iştirakçıları Qarabağadakı quruculuq, mövcud vəziyyət, hüquqları  30 il müddətində pozulmuş yurd insanlarının taleyi, bu cinayəti törödənlərin  dünya məhkəmələrində cəzalandırılması məsələləri müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır