Modern.az

“Türkiyə Azərbaycanla birgə mübarizə aparmaq şərəfinə nail olub”

“Türkiyə Azərbaycanla birgə mübarizə aparmaq şərəfinə nail olub”

22 Oktyabr 2021, 12:36

“Vətən müharibəsində Azərbaycan Ordusu erməniləri məğlub etdikcə, Ermənistan mülki əhaliyə və infrastruktura qarşı hərbi cinayətini davam etdirirdi”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulda keçirilən Türk Şurası Media Forumunda bildirib.

 

O qeyd edib ki, Ermənistan beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməklə cinayət törədib:

“Ermənistan Gəncə, Mingəçeviri atəşə tuturdu. Bir il öncə ermənilər silahlarını günahsız insanlara yönəltmişdi, gözlərini Azərbaycan torpaqlarına, iqtisadiyyatına, enerji xətlərinə dikmişdi. Türkiyə Vətən müharibəsində Azərbaycanla birgə mübarizə aparmaq şərəfinə nail olub. 44 gün boyunca bir yandan Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına töhfə verərkən, digər tərəfdən də dezinformasiyalara qarşı birgə mübarizə apardıq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?