Modern.az

Qəzada ölən Şəhid xanımı maşını özü İDARƏ EDİRMİŞ

Qəzada ölən Şəhid xanımı maşını özü İDARƏ EDİRMİŞ

Aktual

22 Oktyabr 2021, 13:18

Daxili İşlər Nazirliyi (DİN) şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

 

Rəsmi məlumata görə, Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, G. Ələsgərova Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı olub. Onların 3 azyaşlı övladı qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!