Modern.az

Bu ölkə monarxiyadan respublikaya keçid edir

Bu ölkə monarxiyadan respublikaya keçid edir

Dünya

23 Oktyabr 2021, 00:28

Karib dənizi hövzəsində yerləşən Barbados dövləti Britaniya Kraliçası II Yelizavetanın dövlət başçısı statusuna son verməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

 

İdarəetmə formasına görə konstitusiyalı monarxiya olan və Birlik (Commonwealth) dövlətlərinə daxil olan Barbados ölkənin Böyük Britaniyadan müstəqilliyini elan etməsinin 55-ci ildönümündə respublika elan ediləcək.

 

Parlamentin hər iki palatasının üçdə ikisinin səs çoxluğu ilə qəbul edilən respublika idarəetmə formasına keçid qərarı Britaniya kraliçasının dövlət başçısı və onun nümayəndəsi olan general-qubernator vəzifələrini ləğv edəcək. Bu qərarla Barbados Birlik ərazisi olmaqdan imtina edir, ancaq təşkilata üzv olaraq qalması mümkündür.

 

Daha əvvəl Karib dənizinndə yerləşən Qayana və Trinidad Tobaqo da respublika idarəetmə formasına keçid edən zaman bu yolla gedib.

 

İndiyədək Britaniya kraliçanın Barbadosdakı təmsilçisi olan və adanı general-qubernator olaraq idarə edən Sandra Mason ölkənin ilk prezidenti olacaq.

 

Birliyə daxil olan 54 müstəqil ölkə bir-birini dəstəkləyir, demokratiya və inkişaf istiqamətində birgə məqsədlər yolunda çalışır. Dünyanın ən böyük və ən kiçik, ən varlı və ən kasıb ölkələri birləşərək Birliyi əmələ gətirir. Birlik müxtəlif inanc və etnik mənşəyə mənsub iki milyard insanı özündə birləşdirir. Daxil olan ölkələrin ölkələrin ikisindən başqa hamısı keçmiş Böyük Britaniya İmperiyasının tərkibində olub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi