Modern.az

Düşmənlər İslam ümmətinin kimliyini dəyişdirmək istəyir - Tehranda TƏŞVİŞ

Düşmənlər İslam ümmətinin kimliyini dəyişdirmək istəyir - Tehranda TƏŞVİŞ

Dünya

23 Oktyabr 2021, 10:11

Dünən İran paytaxtı Tehranda koronavirus epidemiyası səbəbindən dayandırılan cümə namazı son 20 ay ərzində ilk dəfə qılınıb.

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, cümə namazı Hüccətül İslam Hacı Əliəkbərinin rəhbərliyi ilə qılınıb.
Namaz xütbələrində çıxış edən Hacı Əliəkbəri gündəmdəki son hadisələrlə bağlı açıqlamalar verib.

O, düşmənlərin İslam ümmətinin kimliyini dəyişdirmək planları hazırladıqlarını vurğulayıb.

ABŞ-ın Əfqanıstandan çıxmasına toxunan Hüccətül İslam Hacı Əliəkbəri deyib ki, ABŞ-ın bölgədəki məğlubiyyəti general Qasım Süleymaninin öldürülməsilə başladı.

Hüccətül İslam Hacı Əliəkbəri bölgədə baş verən hadisələrin ABŞ-ın məğlub olduğunu göstərdiyini və trilyonlarla dollar xərcləmələrinə baxmayaraq, geri çəkilməkdən başqa çarələrinin olmadığını bildirib.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?