Modern.az

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir

23 Oktyabr 2021, 21:18

Azərbaycan Respublikası Milli Məclisinin 37 saylı seçki dairəsindən seçilən deputatı Pərvin Kərimzadə YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti dəfə vətəndaş qəbulu keçirib.

 

Modern.az xəbər verir ki, mütəmadi olaraq seçicilərlə görüşən, onların problemlərini dinləyən millət vəkili ayrı-ayrılıqda vətəndaşları qəbul edib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib. Seçicilərin problemləri, onları narahat edən məsələlər dinlənilərək qeydə alınıb.

 

Qəbulda seçicilər əlillik dərəcəsinin, sosial müavinətin alınması, xəstəliklə bağlı müalicə olunması, məşğulluq və digər məsələlərlə əlaqədar müraciətlər ediblər.

 

Sonda deputat Pərvin Kərimzadə bəzi məsələləri yerindəcə həll edib, digərlərini isə aidiyyatı qurumlara göndərəcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir