Modern.az

Nigeriyada həbsxanaya hücum: 800 məhbus qaçdı

Nigeriyada həbsxanaya hücum: 800 məhbus qaçdı

23 Oktyabr 2021, 21:55

Nigeriyanın Oyo vilayətində həbsxanaya silahlı hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

 

Hücumdan sonra həbsxanadan 800-dən çox məhbus qaçıb, onlardan 250-dən çoxu saxlanılıb. Digərlərindən hələlik xəbər yoxdir.

 

Məlumata görə, silahlı şəxslərlə mühafizəçilər arasında toqquşma yaşanıb, bu əsnada məhbuslar dinamit partladaraq divarı dağıdıb və qaçıblar.

 

Qeyd olunur ki, bu, son 1 il ərzində ölkədə həbsxanalara edilən 3-cü silahlı hücumdur.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi