Modern.az

İlham Əliyev Bakı Biznes Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub

İlham Əliyev Bakı Biznes Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub

Təhsil

17 Fevral 2010, 22:11

Prezident İlham Əliyev fevralın 17-də Dənizkənarı Milli Parkda inşa edilən Bakı Biznes Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.
Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradacaq.
Prezident İlham Əliyev inşaat işlərinin gedişi ilə tanış olmaq üçün obyektə gəlib. Dövlət başçısına görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 4664 kvadratmetr olan üçmərtəbəli binanın 2025 kvadratmetrlik birinci mərtəbəsində sərgi salonu yerləşəcək. Burada, həmçinin iştirakçıların sayı 300 nəfərədək olan müxtəlif tədbirlər, konfranslar təşkil ediləcək. Salonda İtaliyadan gətirilmiş ən müasir texnika - tərcümə avadanlığı, səsgücləndirici qurğular, monitor və proyektorlar quraşdırılacaq.
Prezidentə məlumat verilib ki, sahəsi 1721 kvadratmetr olan binanın ikinci mərtəbəsində isə on iki, iyirmi beş və əlli nəfərlik üç görüş və konfrans zalları yerləşəcək. İkinci mərtəbədə, həmçinin 250 yerlik restoran da fəaliyyət göstərəcək. Burada da müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Sahəsi 918 kvadratmetr olan üçüncü mərtəbədə 8 ofis və görüş otaqları var. Binanın bütün mərtəbələrində ən müasir mebellər və avadanlıq quraşdırılacaq, dünya standartlarına cavab verən liftlər və eskalatorlar işləyəcək. Bakı Biznes Mərkəzi ən müasir tələblərə cavab verən havalandırma sistemi və yanğınsöndürmə avadanlığı ilə təchiz olunub. Mərkəzin ərazisində Dənizkənarı Milli Parka xüsusi yaraşıq verən fəvvarə də quraşdırılıb.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı tikintinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır