Modern.az

Qubadlının turizm POTENSİALI

Qubadlının turizm POTENSİALI

Aktual

25 Oktyabr 2021, 09:12

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il keçir. Düz 1 il əvvəl müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Qubadlı şəhəri və rayonun 7 kəndinin, Zəngilan və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin işğaldan azad olunduğunu bildirmişdi.

 

Qubadlı rayonu hansı iqtisadi potensiala malikdir?

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub:

 

“27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabılığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırıma məruz qalıb.

İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da böyük iqtisadi potensiala malikdir. İşğala qədər Qubadlı rayonun da əsasən kənd təsərrüfatı, əsasən taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük inkişaf etmişdi. Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1.2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu”.

 

 

Parlamentarinin sözlərinə görə, Qubadlı rayonunda təbii ehtiyatların da həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır:

 

“Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir.

Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən də yay, qış və sağlamlıq turizm imkanları böyükdür.

İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüşün Şərqi Zəngəzurun bu hissəsinə qayıdacağı gün də uzaqda deyil”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır