Modern.az

“Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda

“Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda

25 Oktyabr 2021, 11:08

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

 

Modern.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonunda (Cavadxan küçəsində) təşkil olunacaq.

 

Oktyabrın 26-ı saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir