Modern.az

Jurnalistlər 2013-cü il prezident seçkisinin monitorinqini aparacaq

Jurnalistlər 2013-cü il prezident seçkisinin monitorinqini aparacaq

23 Noyabr 2012, 07:12

“Yeni Media Jurnalistləri” İctimai Birliyi (YMJ İB)2013-cü ildə Azərbaycanda keçirləcək prezident seçkisinin yeni mediada monitorinqini aparacaq.

Bu barədə YMJ-nin sədri Xaqani Səfəroğlu bildirib. Onun sözlərinə görə, monitorinq zamanı seçki prosesinə hazırlıq, seçki kampaniyasında iştirak edən namizədlərin fəaliyyətinin internet mediada necə işıqlandırılması izlənəcək. Həmçinin ilkin olaraq internet mediasının bu prosesə hazırlığı, jurnalist peşə kodeksinə necə əməl olunması öyrəniləcək.

Bu məqsədlə YMJ-də işçi qrup yaradılıb. Qrup üzvləri monitorinq üçün zəruri olan meyarları artıq müəyyənləşdirib.  Ölkənin aparıcı internet portallarını əhatə edəcək monitorinq zamanı internet resurlarında seçki kampaniyasının gedişinin təqdimini izlənəcək. Monitorinq zamanı internet jurnalistlərinin seçki kampaniyası ilə bağlı peşə fəaliyyəti diqqət mərkəzində olacaq.  

YMJ bununla bağlı bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edəcək.

YMJ monitorinq zamanı seçki kampaniyaları üçün yeni olan internet mediada seçki təşviqatının və təbliğaının aparılma qaydalarını, portalların seçici mövqeyinə və ictimai rəyə təsirini müəyyənləşdirməyə çalışacaq.

Monitorinq ictimai rəyə təsir gücündə olan və aparıcı elekron KİV-lərdə aparılacaq.

2013-cü ilin ilk günündən start götürəcək proses barədə hər ayın sonunda məlumat açıqlanacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir