Modern.az

Əmək pensiyalarının sığorta hissəsi artırıldı

Əmək pensiyalarının sığorta hissəsi artırıldı

17 Fevral 2010, 22:28

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında”  Qanununun 29.2-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2009-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2010-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.
Dövlət Sosial Müdafiə Fondu fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.  
N
azirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycanda əmək pensiyası alan 1 milyon 300 minə yaxın pensiyaçı var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi