Modern.az

Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı

Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı

25 Oktyabr 2021, 19:40

Portuqaliyada hakimiyyətdə olan Sosialist Partiyasına kənardan dəstək verən Sol Blok və Kommunist partiyası yeni təqdim edilən büdcəni dəstəkləməyəcəklərini bildiriblər.

 

Modern.az xəbər verir ki, Kommunist partiyası minimum əmək haqqının artırılmasının zəruri olduğunu bildiriblər.

 

Partiya rəsmiləri hökumətlə uzun müddətli danışıqların indiyədək heç bir nəticə vermədiyini və səsverməyə qədər heç bir dəyişiklik olmasa, büdcəyə "yox" deyəcəklərini bildiriblər.

 

Ölkənin Baş naziri Antonio Kosta büdcə böhranını həll etmək üçün oktyabrın 23-də Kommunist partiyasının lideri De Sousa və Sol Blokun lideri Katarina Martins ilə görüşüb.

 

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza büdcənin parlament tərəfindən təsdiq edilməyəcəyi təqdirdə, növbədənkənar seçkilərin qaçılmaz olacağını bildirib 

 

Portuqaliyada hər 4 ildən bir keçirilən parlament seçkiləri sonuncu dəfə 6 oktyabr 2019-cu ildə baş tutub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər