Modern.az

Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ

Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ

26 Oktyabr 2021, 08:15

Oktyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütünundan 774 mm civə sutununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi