Modern.az

Şahzadə tələbə yoldaşına ƏRƏ GETDİ

Şahzadə tələbə yoldaşına ƏRƏ GETDİ

Aktual

26 Oktyabr 2021, 09:57

Yaponiya taxtının varisi Şahzadə Akişinonun qızı Şahzadə Mako tələbə yoldaşı Kei Komuro ilə ailə həyatı qurub.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.

 

Şahzadə evləndikdən sonra imperator ailəsini tərk edərək, Yaponiyanın adi vətəndaşı olacaq. Çünki imperator qanunlarına görə, adi bir adamla evlənən imperator ailəsindən olan qadın kral statusunu itirir.

 

Cütlük bundan sonra həyatlarını Amerikada davam etdirəcək. Bu gün isə ABŞ-da evlilikləri və planlaşdırdıqları həyatları ilə bağlı mətbuat konfransı keçirəcəkləri gözlənilir.

 

Mako həmçinin ailənin qadın üzvlərinə kral ailəsini tərk etdikdə onlara verilən 150 milyon yen (1,3 milyon dollar) ödənişini də almayacaq.

 

Qeyd edək ki, imperator ailəsində bu hal ilk dəfə yaşanmır. 2005-ci ildə Yaponiyanın imperator ailəsində Akihito və Mitikonun yeganə qızı Şahzadə Sayako dövlət məmuru Yoşiki Kuroda ilə evləndiyi zaman oxşar hadisə baş vermişdi. O, şahzadə titulunu itirsə də, 150 milyon yeni almışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!