Modern.az

Qarabağda döyüşən ABŞ ermənisi: “Müharibə belimizi qırdı”

Qarabağda döyüşən ABŞ ermənisi: “Müharibə belimizi qırdı”

Aktual

26 Oktyabr 2021, 10:48

Azərbaycanın zəfəri ilə başa çatan Vətən Müharibəsi zamanı düşmən ordusunda xarici muzdluların, diaspor ermənilərinin iştirakı heç kəsə sirr deyildi.

 

Modern.az xəbər verir ki, belə muzdlu döyüşçülərdən biri əsl adını gizli saxlayan, şərti olaraq Ceyms adı ilə çağırılan ABŞ ermənisidir. 40 yaşlı Ceyms ötən ilin oktyabrında Tağaverd və Qırmızı Bazar kəndləri istiqamətində gedən döyüşlərə qoşulub. O, terrorçu VOMA hərbi birləşməsinin sıralarında Azərbaycan Ordusuna qarşı vuruşub.

“Mən Qarabağda nə vaxtsa, yenidən müharibənin başlayacağını təxmin edirdim. Amma cibimdə ABŞ pasportu ilə döyüş meydanında olmaq problem yarada bilərdi. VOMA-nın 10 günlük hərbi təlimlərinə qatılaraq ordunun strukturunu öyrənmək istəyirdim. Ermənistana bilet aldığım gün müharibə başladı”.

 

Amerikalı muzdlu cəbhəyə sanitar kimi yollansa da, ilk gündən əlinə silah aldığını, problem yaranmasın deyə, ona təcili Ermənistan pasportu verildiyini xatırlayır.

“Müharibənin bitəcəyi barədə şayiələr yayılırdı. Müharibə daha çox davam edərdisə, daha çox təcrübəli hərbiçilərimiz olacaqdı. İndi isə bizim belimiz qırılıb. Biz bununla barışa bilmərik”- deyə muzdlu diaspor ermənisi şikayətlənir.

 

Hazırda ABŞ ermənisi Ermənistanda yaşayır və aldığı xəsarətlərə görə müalicə alır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır