Modern.az

Çingiz Abdullayev paylaşımını sildi: “Hamı başa düşmədi”

Çingiz Abdullayev paylaşımını sildi: “Hamı başa düşmədi”

Ədəbi̇yyat

26 Oktyabr 2021, 11:37

“Hisslərimi yazdım. Nə vaxt kömək edə bilərsən. Hamı başa düşmədi. Bu onların haqqıdır! Bəzən başa düşürsən ki, heç nə anlamaq istəməyən o qədər çox insan var”.


Modern.az
 xəbər verir ki, bunu  Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkədə yazdığı statusun birmənalı qarşılanmamasına  münasibət bildirərkən deyib.

Yazıçı artıq həmin paylaşımını Facebook-dan silib.

Xatırladaq ki,  Ç.Abdullayev  ötən gün sosial şəbəkədəki səhifəsində yazıb: "Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".

 

Ç.Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu