Modern.az

Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov

Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov

26 Oktyabr 2021, 13:48

Qubadlı rayonunun erməni işğalçılarından azad olunmasından bir il keçir. Doğma yurdunun işğaldan azad edilməsi əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızdan biri də Milli Qəhrəman Şükür Həmidovdur.

 

Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, gənclik illərindən vətənpərvərliyii və cəsarəti ilə yoldaşlarından fərqlənirdi.1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə gedib. 1990-cı ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə liseyi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) daxil olub.

1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərində yataqxanada yaşamağa başlayıb.

 

Təhsilini başa vuran Ş.Həmidov Azərbaycan Silahlı Qüvvələrinin bir neçə hərbi hissəsində qulluq edib.

 

Daha sonra Ş.Həmidov Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini təyin edilib.

 

Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Lələtəpə yüksəkliyinin azad edilməsində göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

 

Döyüş yoldaşları bildirirlər ki, mərdliyi ilə gənclərə örnək olan əfsanəvi Milli Qəhrəmanımızın ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək və dədə-baba yurdu olan Qubadlıda şanlı bayrağımızı ucaltmaq idi.

 

İkinci Qarabağ savaşında ilk gündən döyüşlərə atılan Şükür Həmidov döyüşlərdə igidlik göstərib. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb.

 

2020-ci il oktyabrın 22-də şəhid olub.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Ş.Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Ailəli idi, 2 övladı yadigar qalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir