Modern.az

Münhen təhlükəsizlik konfransı ənənəvi formatda keçiriləcək

Münhen təhlükəsizlik konfransı ənənəvi formatda keçiriləcək

Aktual

26 Oktyabr 2021, 14:00

2022-ci ildə Münhen təhlükəsizlik konfransı iki illik fasilədən sonra üz-üzə formatda keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu forumun rəhbəri Volfqanq İşinger deyib.

 

O bildirib ki, gələnilki tədbir fevralın 18-dən 20-dək davam edəcək. Pandemiya ilə əlaqədar konfrans iştirakçılarının sayının məhdud olacağı qeyd olunub.

 

Konfransın gündəliyində gələn məsələlərə gəldikdə, tədbir zamanı daha çox Avropa təhlükəsizlik və müdafiə siyasətinin müzakirəsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi