Arxiv
26 Oktyabr 2021, 16:58 | AKTUAL
Nərimanovda şəhidlər anıldı - FOTO

 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımız, Nərimanov rayon sakinləri Şirəli Adilov və Şəhriyar Qasımovun anım günləri qeyd olunub.

 

Modern.az xəbər verir ki, ilk öncə Milli Məclisin sədr müavini, deputat Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidlərin ailə üzvləri ilə birgə onların məzarlarını ziyarət etmişdirlər. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına əklil və güllər qoyulub. 

 

Qeyd edək ki, Vətən Müharibəsi zamanı göstərdikləri şücaətə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Şəhid Şirəli Adilov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, Şəhid Şəhriyar Qasımov isə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

 

Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib, adlarına ehsan verilib, onların ruhuna dualar oxunub. 

 

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Vətən Müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Daha sonra Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev öz çıxışında vurğulamışdır ki, döyüşlərin getdiyi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Digər çıxışçılar da öz növbəsində dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişlər ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər.

 

Şəhid valideyinləri isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığlarını bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04 Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya müəyyənləşdi 6 Dekabr 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 6 Dekabr 2021, 17:54 58 yaşlı kişi atdan yıxılaraq ölüb 6 Dekabr 2021, 17:48
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?