Modern.az

“Münasibətlər gərginlik olmadan davam edəcək” - İran XİN 

“Münasibətlər gərginlik olmadan davam edəcək” - İran XİN 

Aktual

27 Oktyabr 2021, 17:36

İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır.

 

Modern.az-ın  məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün mətbuat konfransında deyib.

 

H.Əmir Abdullahianın sözlərinə görə, İran qonşu ölkələrlə müsbət münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışır:

 

“Azərbaycan İranın qonşusudur. Artıq iki ölkə arasında münasibətlərdəki eniş-yoxuşlu vəziyyət arxada qalıb. Azərbaycanlı həmkarım ilə telefon söhbətində münasibətlərin inkişaf etməsi üçün düzgün istiqamətdə hərəkət etməyə dair danışığımız oldu. Münasibətlər bundan sonra gərginlik olmadan davam edəcək”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi