Modern.az

Qara dəniz ölkələrinin QHT-ləri Bakıda toplaşır

Qara dəniz ölkələrinin QHT-ləri Bakıda toplaşır

23 Noyabr 2012, 17:30

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu (təsis yığıncağı) keçiriləcək.  

  Şuradan Modern.az-a bildirilib ki, Forumda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstanın nüfuzlu QHT-lərinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli hökumət və QHT nümayəndələri iştirak edəcəklər. Forumda qurumun Nizamnaməsinin və yekun sənəd olaraq Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.  

Forumun təşkilində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir.   

Tədbir 27 noyabr 2012-ci il saat 15.00-da “Hilton” hotelində olacaq.

Modern.az   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi