Modern.az

YAP Lalə Şövkətə cavab verdi: “Biz onun təklifini müzakirə edəcəyik”

YAP Lalə Şövkətə cavab verdi: “Biz onun təklifini müzakirə edəcəyik”

23 Noyabr 2012, 18:03

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Asiyada ATƏT-ə alternativ təşkilatın yaradılması ilə bağlı Lalə Şövkətin lideri olduğu Liberal Partiyasının təklifinə münasibətini açıqlayıb. YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Modern.az-a açıqlamasında ALP lideri Lalə Şövkətin müraciətinə partiyanın müsbət baxdığını qeyd edib.

“Asiyada belə bir təşkilatın yaradılması ideyası var. Amma Asiyanın aparıcı ölkələrinin, Çin, Hindistan, Türkiyə, İran kimi ölkələrin bu təkliflə bağlı mövqeyi öyrənilməlidir. Biz bu təklifi tərəfdaşlarımızla müzakirə edəcəyik. Hələlik bu bir ideyadır. Yeni Azərbaycan Partiyası olaraq biz sülhə, təhlükəsizliyə çağıran təklifi müsbət qiymətləndiririk. Təbii ki, bu təklifin reallaşması təkcə Azərbaycandan asılı deyil, Asiyadakı böyük dövlətlərin mövqeyi buna müsbət olmalıdır”, - deyə M.Qurbanlı bildirib.

Qeyd edək ki, Azərbaycan Liberal Partiyası (ALP) Asiyada ATƏT-ə alternativ olaraq yeni ASTƏT (Asiyada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı) adlı təşkilatının yaradılmasını təklif edib. Təkliflə bağlı ALP hakim Yeni Azərbaycan Partiyasına müraciət ünvanlayıb.

Anar RÜSTƏMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır