Modern.az

Azərbaycan media təmsilçiləri Türkiyədə görüşlər keçiriblər - FOTO

Azərbaycan media təmsilçiləri Türkiyədə görüşlər keçiriblər - FOTO

23 Noyabr 2012, 18:44

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində səfərdə olan media təmsilçiləri “Türk dövlətləri bələdiyyələr birliyi”ndə olublar. Qurumun xarici əlaqələr bölüməsinin rəhbəri Bayram Nur Azərbaycanlı jurnalistlərə birliyin bütün türkdilli dövlətlərdə təmsil olunduğunu qeyd edib. Adı çəkilən qrum  Türk dövlətlərinin hər birinin milli məişətini əks etdirən evlərdən ibarət, xüsusi muzey kompleksi yaradıb və həmin kompleks ziyaətçilərin üzünə daim açıqdır. 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qəbul üçün təşəkkür edərək bu xeyirxah missiyada Bələdiyyələr Birliyinə yardım göstəriləcəyini vurğulayıb. Nümayəndə heyətinin üzvləri məşhur “Saman Yolu” Televiziyasının redaksiyasında da olublar. STV-nin  xəbər bölümünün rəhbəri Engin Sağ təmsil etdiyi televiziyanın yayım arealı və texnoloji imkanları barədə qonaqlara məlumat verib. O, Azərbaycana xüsusi önəm verdiklərini qeyd edib.  Sonra nümayəndə heyəti STV-nin texniki imkanları ilə tanış  olublar. Səfər davam edir. Məlumat üçün qeyd edək ki, İstanbula səfər etmiş  nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Trend” İA baş redaktor müavini Sevda Həmidova,  “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Respublika” qəzetinin baş redaktor müavini Hümmət Musayev, KİVDF-nin aparıcı məsləhətçisi Rəşad Rəhimov və Dialoq Avrasiya Platformasının ve Jurnalının Azərbaycan nümayəndəsi  Mustafa Saatçi daxildirlər.
Səfər noyabrın 25-nə kimi  davam edəcək.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir