Arxiv
18 Fervral 2010, 12:25 | MEDİA
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Yeni Müsavat” qəzetinin baş redaktorunun I müavini Azər Ayxan, eks-jurnalist Elman Maliyev, “Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Süleyman İsmayılbəyli və “Üç nöqtə” qəzetinin müxbiri Fəridə Faiqqızı danışır.

 

Azər Ayxan, “Yeni Müsavat”ın baş redaktorunun I müavini

“Rəis, onları qətiyyən içəri buraxmayın”

- 2004-cü ilin dekabr ayı idi. Rauf Arifoğlunun həbsdə olduğu vaxtlardı. “Yeni Müsavat” qəzetinin əvvəlki baş redaktor müavini Qabil Abbasoğlu və baş direktor Ələsgər Süleymanov Rauf bəylə görüşmək üçün Güzdək qəsəbəsindəki 13 saylı cəzaçəkmə müəssisəsinə gedirlər. Nəzarətçiyə özlərini Raufun yaxın qohumları kimi təqdim edib görüş almaq istəyirlər.

Ancaq cəzaçəkmə müəssisəsinin rəisi Qabil Abbasoğluna baxıb, deyib: “Qardaş, sən nəsə mənə tanış gəlirsən. Deyəsən jurnalistsən. Qoy, Azər gəlsin. Əgər o sizi tanıdığını təsdiqləsə, içəri keçəcəksiniz”. Qabilgil də Raufla təcili görüşməli idilər. Ona görə də əlacsız qalıb, soyuq havada bir neçə saat məni gözləməli olurlar. Bazar günü olduğundan bilirdilər ki, türməyə gələcəm. Məni görüb xeyli sevindilər. İçəri keçdim. Rəisə xəbər verildi. Rəis gəldi və dedi: “Azər, bunları tanıyırsan? Deyirlər ki, Rauf bəyin xalası uşaqlarıyıq”.

Mən onlara təəccüblə baxdım, guya birinci dəfədir görürdüm, sonra dedim: “Yox rəis. Tanımıram. Kimdilər ki? Bunları içəri buraxmaq olmaz, təxribat edərlər”.

Rəis dərhal dedi: “Gördünüz deyirdim də... siz təxribatçısınız”.

Elə bu vaxt Qabilnən, Ələsgər mənim üstümə düşdülər: “Ayə, yekə oğlansan. 2 saatdı səni gözləyirik. Sən də belə deyirsən?”

Onlar belə dedikcə, mən də təkidlə rəisə dedim “bunları qətiyyən buraxmayın. Mən onların heç vaxt üzünü görməmişəm”.

Ancaq sonra rəis hər şeyi başa düşdü. Xeyli xahiş, minnətdən sonra birlikdə içəri keçdik.

“Elbəyini Hacıqabulun düzəngahında qoyub, getdim”.

 

- 2000-ci ilin qarlı, şaxtalı yanvar ayı idi. “Məşhurların doğmaları” rubrikasında Pənah Hüseynin valideynlərindən müsahibə götürmək üçün “Yeni Müsavat”ın hazırda İsveçrədə mühacirətdə yaşayan müxbiri Elbəyi Həsənli ilə Sabirabadın Qaraqaşlı kəndinə yola düşəsi olduq. O vaxtlar mənim “QAZ 24-10” markalı maşınım vardı.

Hacıqabulu təzə çıxmışdıq ki, maşının diskindəki “kalpak” düşdü. Elbəyidən xahiş etdim ki, maşından düşüb, “kalpak”ın çıxıb-çıxmadığına baxsın. O, avtomobildən düşən kimi maşını sürüb uzaqlaşdım. Elbəyi çaşıb qaldı. Sonra arxamca yüyürə-yüyürə qışqırdı, bağırdı, xeyri olmadı.

Təsəvvür edin Elbəyi Hacıqabulun düzəngahında qalıb. Güzgüdə baxdım ki, Elbəyi dayanıb kor-peşman maşının arxasınca baxır. Fikirləşdim ki, birdən şəhərə qayıdar, proyektimiz baş tutmaz. Tez geri qayıdıb, onu götürdüm . Maşına oturan kimi “mən bir də ölərəm, amma maşından düşmərəm” dedi. Xeyli üşümüşdü. Hətta yolda yemək təklif etsəm də, razılaşmadı. Biz yolumuza davam etdik. Elbəyi bir də Pənah bəyin atası evində maşından düşdü”.

Mürdəşirlə müsahibə senzurada olay yaradıb

- 1995-ci ilin sentyabr ayında “Göy məscid”ə gedib mürdəşirdən müsahibə götürmüşdüm. O vaxtlar ölkədə siyasi senzura vardı. Axşam saat 20:00 radələrində bütün qəzetlər hazır səhifələrini “Qlavlit”ə aparırdılar. Senzorlar oxuyub səhifələri möhürləyəndən sonra qəzet çapa gedə bilərdi. Adəti üzrə mən qəzeti senzor baxışına aparmışdım. Bir də gördüm “Qlavlit”də hamı bir-birinə dəydi. Senzuranın rəisi Cahangir İldırımzadə kabinetindən çıxıb üstümə şığıdı. Əlində mürdəşirdən götürdüyüm müsahibə olan səhifəni mənə tərəf uzadıb “bu nədir yazmısan, alə?!”.  “Nə olub, Cahangir müəllim, nə var burda” sualım kişini lap özündən çıxardı: “37-ci il olsaydı səni məhkəməsiz güllələyərdilər”. Sonra məlum oldu ki, mürdəşirə həmin il keçiriləcək parlament seçkilərində kimə səs verəcəyini soruşmuşam, o yazıq da deyib YAP-a, hökümətə səs verəcək. Cahangir İldırımzadə qəzəblə məndən soruşurdu ki, mürdəşir yaxşı şeydirsə, niyə Müsavata, Cəbhəyə səs verəcəyini yazmamısan? İnandıra bilmədim ki, mürdəşir nə deyibsə, onu da yazmışam. Uzun çək-çevirdən sonra senzura həmin hissəni çıxardı. O yer qəzetdə ağ getdi. Səhəri gün oxucular redaksiyanın telefonlarına zəng edib maraqla soruşurdular ki, senzura mürdəşirlə müsahibədən nə çıxarıb? Biz də izah etdikcə oxucularımız gülməkdən uğunurdular...    

Elman Malıyev, eks-jurnalist Nazirin 1 milyon manatlıq vədi - 2007-ci ilin apreli idi,  “Ekspress”də işləyirdim. “Naxçıvanda ailə faciəsi” adlı yazım dərc olunandan bir-iki gün sonra məni Səbayel rayon Polis İdarəsinin 39-cu Bölməsinə çağırdılar. Getdim. Bölmə rəisi məni iki mülki geyimli adamla tanış etdib “bu qonaqlar Naxçıvandan sənin dalınca gəliblər” dedi. Sonra da onları təqdim etdi. Biri Naxçıvan DİN Cinayət Axtarışı İdarəsinin, digəri İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi idi. Elə oradaca mobil telefonumu alıb söndürdlər, dedilər ki, dərhal onlala Naxçıvana getməliyəm. Mən səbəbini soruşanda dedilər ki, “Naxçıvan şəhər Məhkəməsi yazınla əlaqədar səndən izahat alınması barədə qərar çıxarıb”.  Nə qədər etiraz eləsəm də, buraxmadılar. Qeyd edim ki, həmin yazıda bir ailənin başçısının əvvəl oğlunu və həyat yoldaşını, sonra isə özünü güllələdiyi barədə xəbər yer almışdı. Gecə saat 11-in yarısında Naxçıvana uçduq. Təyyarədə Cinayət Axtarışı İdarəsinin rəisi mənə toxtaqlıq verdi, dedi “narahat olma, səni sağ-salamat geri qaytaracağıq”. Amma İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin Vaqif adlı rəisi hədə-qorxu gəlirdi ki,  “sənin başına oyun açacağıq”. Gecə Naxçıvan aeroportunda təyyarədən düşdük, məni bir otelə apardılar, çay-çörək təklif olunsa da, imtina etdim, düzü bərk narahat idim. Oteldə mənə nəzarət edən polisdən öyrəndim ki, mənim yazıma görə, Culfa rayonun polis rəisinə şiddətli töhmət verilib, rəis müavini də işdən çıxarılıb. Çünki Naxçıvan DİN-i istəmirmiş mənim yazımdakı məlumat mətbuata çıxsın. Amma məlumatı da elə öz nazirliklərindən ötürmüşdülər. Səhər tezdən məni apardılar Naxçıvan MR daxili işlər nazirinin müavini Qaçay müəllimim yanına. Rəis müavini əvvəlcə məni hədələdi, sonra da mülayimləşdi ki, “Elman, de görək o məlumatı sənə kim verib, buraxaq çıx get”. Mən dedim “deməyəcəm”. O da qayıtdı ki, “bir azdan nazir Əhməd müəllim gələr, onda quzu kimi deyərsən”. Bir azdan nazirliyə hay-haray düşdü ki, nazir gəlir. Məni apardılar Naxçıvan MR daxili işlər naziri Əhməd Əhmədovun otağına. Nazir məni görən kimi dedi: - Əəə, bizim burdan uçan quşdan da xəbərimiz olur, de görüm necə olub ki, o quşu sən tutmusan? - Əhməd müəllim mən quş tutmamışam, xəbər yazmışam. - Ə bunu salın “podvala”. Nazir belə deyəndə, əmrə müntəzir dayanan İnsan Alverinə Qarşı Mübarizə İarəsinin Vaqif adlı rəisi qaça-qaça yanıma gəldi. O, hələ lap Bakıda olandan məni qaralamışdı, sanki əzişdirməyə məqam axtarırdı. Bu dəm nazir qayıtdı ki, “mən zarafat edirdim, aparmayın”. Nazir başladı məni dilə tutmağa ki, “Elman de görüm o xəbəri sənə kim ötürüb. Biz məsələni sonadək araşdırmalıyıq”. Mən yenə inad etdim. Bu məqamda nazirin əl telefonuna BBC və  “Amerikanın səsi” radiolarının müxbirlərindən dalbadal zəng gəldi, nazirə dedilər ki, "deyirlər Naxçıvan polisi Elman Malıyevi sizin yanınaza aparıb". Başa düşdüm ki, artıq Bakıda mənimlə əlaqədar aləm bir-birinə dəyib, toxtaqlıq tapdım. Nazir israrla dedi ki, “Elman sən o məlumatı kimdən aldığını desən, ya 1 milyon mükafat verəcəyik, ya da Bakıda təyyarədən düşəndə Mersedes”ə minəcəksən”. Mən mənbənin kim olduğunu demədim. Günortya qədər məni DİN-də saxladılar. Həmin ərəfədə İnsan Alverinə Qarşı Mübarizə İarəsinin Vaqif adlı rəisi böyür-başıma fırlanır, məni qorxudurdu, nədənsə o, mənim həbsim üçün çox canfəşanlıq göstərirdi. Günorta yenidən daxili işlər nazirinin yanına apardılar. Nazir dedi ki, “yaxşı səni yola salacağıq Bakıya, amma gərək mənbəni deyəsən”. Doğrusu canımı ordan qurtarmaq istəyirdim. Həmin Vaqif adlı polis zabitinin siması yadıma düşdü, dedim ki, “Əhməd müəllim məlumatı mənə sizin nazirlikdən Vaqif adlı bir zabit verib”. Sən demə, elə məlumat bizim qəzetə ötürülən axşam Vaqif adlı zabit nazirlikdə növbətçiymiş. Dərhal araşdırma aparıldı və  xəbər ötürənin elə Vaqif adlı zabit olduğu aşkarlandı. Onda mən nazirə dedim ki, “Əhməd müəllim söz verdiyiniz 1 milyon manatı necə olacaq?”. O da zarafatla dedi ki, “nə milyon-filan...”. Nə isə məni Bakıya yola saldılar. Sonra xəbər tutdum ki, həmin o Vaqif adlı polis zabitini işdən çıxarıblar. Prokurorun kişi-nakişi söhbəti

- “Bu gün” qəzetində işləyirdim. Ağcabədi rayonunda baş verən ölüm hadisəsindən yazı yazmışdım. Yazı dərc olunan gün rayon prokuroru redaksiyamıza zəng edib dişinin dibindən çıxanı telefonda mənə dedi. Az sonra rəhbərliklə qərara aldıq ki, bu dəfə özümüz prokurora zəng edək. Zəng etdik, prokuror yenə telefonda dalbadal söyüş söyməyə başladı. Biz də telefona sellektorla qulaq asırdıq, prokurorun da səsini diktofona yazdırırdıq. Prokuror birdən mənə qayıtdı ki, “kişisənsə, gəl rayona danışaq”. Səhəri gün baş redaktor Nəsib İsmayılovun etirazına baxmayaraq getdim Ağcabədi rayonuna. Soraqlayıb Prokurorluğun binasını tapdım. Köməkçisi məlumat verdi ki, prokuror otağındadı. Qapını döyüb içəri daxil oldum, özümü təqdim etdim ki, filan qəzetin müxbiriyəm: “Dünən telefonda məni bura çağırdınız ki, “kişisənsə gəl rayona”, mən də gəlmişəm”. Prokurorun gözü kəlləsinə çıxdı. Sözsüz ki, gözləmirmiş ki, mən rayona gedərəm. Prokuror əvvəlcə duruxub qaldı, sonra mənim otağından çıxarıb dedi ki, “sən kişi kimi gəlmisən, mən də nakişi kimi çıxıb getmək istəyirəm”. Belə deyib, qapısını örtüb çıxıb getdi.   ”Xuliqanların toruna düşdüm”

 

- Yenə “Bu gün”də işləyirdim. “Erməni tibb bacısı qətllər törədir” adlı yazım çıxmışdı. Axşamüstü məni telefona çağırdılar. Xəttin o başındakı bir qız idi, yazılarımı oxuduğunu, mənə kriminal xəbər vermək istədiyini dedi, sonra da görüşmək üçün “Dostluq” kinoteatrının qarşısına çağırdı. Yenə rəhbərliyin etirazına baxmayaraq görüş yerinə getdim. Hava qaranlıqlayırdı. Kinoteatrın qarşısında qızı tapdım. Yaxınlaşım nə demək istədiyini soruşmaq istəyirdim ki, 5 nəfər oğlan tökülüşdü üstümə. Başladılar vurmağa. Qız da onlara qoşuldu. Axırda oğlanlardan biri insafa gəlib dedi ki, “ə dayanın o, təkdir, biz beş nəfərik”. Məlum oldu ki, bunlar bir xuliqan qrupdur. Mənim yazdığım yazı onların maraqlarına toxunduğundan intiqam almaq istəmişdilər. Süleyman İsmayılbəyli, “Olaylar” İnformasiya Agentliyinin əməkdaşı

“Mənə təcili Sərdar Cəlaloğlunun atasının adı lazımdır” - ADP sədri Sərdar Cəlaloğlunun atası rəhmətə getmişdi. Həmin ərəfədə AMİP-də mətbuat xidmətinin rəhbəri olan Əflatun Quliyev (indi Vətəndaş və İnkişaf Partiyasında sədr müavinidi) mənə zəng edib dedi: “Biz istəyirik Sərdar bəyə başsağlığı verək. Mənə təcili Sərdar Cəlaloğlunun atasının adı lazımdır. Sən bilərsən, Sərdar Cəlaloğlunun atasının adı necədir?” . Əflatun Quliyev bunu tez öyrənib, ona deməyimi xahiş etdi. Mən də bir anlıq duruxdum. Sonra dedim: “Ay Əflatun, ağzında Cəlaloğlu deyirsən. Demək atasının adı Cəlaldır da...”. Əflatun da  “həəə.... heç ağlıma gəlməyib” dedi və dəstəyi asdı.

 

Müdafiə Nazirliyinə Elşad Xose barədə sual

- Bir dəfə repçi Elşad Xosenin həbsi ilə bağlı redaksiyamıza məlumat daxil oldu. Axşam olduğundan redaksiyada müxbirlərdən mənimlə adını çəkmək istəmədiyim həmkarlarımdan biri qalmışdı. Mən ona dedim: “Bu xəbərlə maraqlan, gör doğrudur, yoxsa yalan”. O, da tez-tələsik dəstəyi qaldırıb, zəng vurdu: - Salam Eldar müəllim. Necəsiniz?

...

- Bizdə repçi Elşad Xosenin həbsi ilə bağlı məlumat var. Səbəbin bilmək istəyirdik.

...

Bir də gördüm üzü qıp-qırmızı olan həmkarım dəstəyi yerinə qoydu. Soruşdum: “Nə dedi?”

- Mən Daxili İşlər Nazirliyinə zəng etmək əvəzinə, çaşıb Müdafiə Nazirliyinə zəng etmişəm. Sən demə, həmkarımın telefonda danışdığı Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu imiş. Eldar müəllim də səhv edən müxbirin üstünə qışqırıbmış.

Fəridə Faiqqızı, “Üç nöqtə” qəzetinin əməkdaşı

“Maraqlı” müsahibə

- “Üç nöqtə” qəzetində təzə işə başlamışdım. Bir gün telefonla müsahibə almalı oldum. Həmişə müsahibə alanda əvvəlcədən sualları yazıram və diktofonu yoxlayıram. Bu dəfə necə oldusa, diktafonu yoxlamaq yadımdan çıxdı. Müsahibimlə salamlaşıb sualımı verəndən sonra tez diktafonun düyməsini basdım. Üç-dörd sual-cavabdan sonra baxdım ki, diktafon əvvəldən işləmirmiş. Müsahibə aldığım şəxs isə telefonda ara vermədən danışırdı. Onu elə danışa-danışa qoyub, o biri otağa qaçdım ki, iş yoldaşlarımdan diktafon istəyim. Tərslikdən biri müsahibə köçürürdü, o birisinin də diktafonunun “batareya”sı yox idi. Amma tez təzə “batareya” tapdıq və mən yenidən telefonun yanına qaçdım. Müsahibim hələ də danışırdı. Onun sonuncu dediyi sözləri diktafona yaza bidım. Sən demə bayaqdan həmkarlarım mənə göz qoyurmuşlar. O biri otağa keçəndə hamısı qəhqəhə cəkib güldülər.

 

Təzə müxbirlə zarafat

- Qəzetdə işləməzdən əvvəl bölgə telekanalında müxbirlik edirdim. İşə təzə başladığım zaman idi. İşlərdən o qədər də başım çıxmırdı, amma cox həvəsli idim. Hər seyi öyrənmək istəyirdim. İşə yeni başlamışdım ki, staılı müxbirlərdən biri məni hamının yanınd jurnalistlik peşəsi ilə bağlı sorğu-suala tutdu. Mənə tez-tez verilən sualları elə tez-tez də cavablandırırdım. Sən demə stajlı həmkarlarım təzə işçi olduğum üçün mənimlə zarafat etmək istəyirmişlər. Mənə dedilər ki, suallara tez-tez, düşünmədən cavab verdiyim üçün izahat yazmalı və stajlı həmkarımdan üzr istəməliyəm. Mən əvvəlcə izahat yazıb üzr istədim, sonra da işdən cıxmağım barədə ərizə yazdım. Fikirləşdim ki, yəqin məni işdə saxlamazlar. Uşaqlar mənə çoxlu güldülər, dedilər ki, “hara gedirsən, səninlə zarafat edirdik”. Çox pərt olmuşdum. Sonra həmin o izahatı mənim işimin icinə tikdilər, indiyə kimi yadigar saxlayırlar. Hazırladı Günay Musayeva

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16 Nəsimidə dələduz saxlanılıb - FOTO 18 Oktyabr 2019, 10:10 Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42