Modern.az

Ağdaşda ağır yol qəzası baş verib: 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Ağdaşda ağır yol qəzası baş verib: 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Aktual

24 Noyabr 2012, 10:28

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dünən Ağdaş rayonunda ağır yol qəzası baş verib. Ağdaş rayonu, Şıxı kəndində Ağdaş-Mingəçevir yolunun 15-ci kilometrliyində Ağdaş-Mingəçevir marşrutu ilə hərəkət edən “Mercedes” markalı mikroavtobus və “BMW” markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü - 1965-ci il təvəllüdlü Azər  Xanməmməd oğlu Orucov, sərnişinləri 1960-cı il təvəllüdlü Maarif Möhsüm oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Mürvət Həmid oğlu Əliyev hadisə yerində ölüb, mikroavtobusun sürücüsü və 15 nəfər sərnişin xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür