Modern.az

Turqut Özalın nəşindən dörd müxtəlif zəhər tapıldı

Turqut Özalın nəşindən dörd müxtəlif zəhər tapıldı

24 Noyabr 2012, 11:19

Ölümü ilə bağlı şübhələrin sürdüyü Türkiyənin 8-ci prezidenti Turqut Özalın nəşi üzərində aparılan ekspertiza zamanı onun 4 müxtəlif zəhərlə zəhərləndiyi məlum olub.

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkənin Ədliyyə Tibb Qurumu Turqut Özalın nəşi üzərində apardığı ekspertiza zamanı onun nəşindən alınan nümunələrdə 4 müxtəlif zəhər olduğunu aşkarlayıb.  

Ekspertizanın nəticələrindən məlum olub ki, Türkiyənin 8-ci prezidenti 4 müxtəlif zəhərdən dünyasını dəyişib. O, 1980-ci ildə Türkiyədə qadağan edilən, həşərat öldürücü DDT (dikloro difenol trikloroethan) zəhəri, Kadmium (ağır metal), radioaktiv maddələr olan Amerikium və Poloniumdan zəhərlənib. Sabiq prezident uzun müddət radioaktiv maddələr hesabına zəifləyib, daha sonra isə həşəratlar üçün nəzərdə tutulan zəhərlə ani ölümü təmin edilib. Ekspertizadan sonra Ədliyyə Tibb Qurumu belə nəticəyə gəlib ki, 4 müxtəlif zəhər mərhum prezidentin içkisinə ya da yeməyinə qatılıb. Özalın ölümündən bir gün öncə Bolqarıstan səfirliyində içdiyi limonat, ya da Çankaya Köşkünə gəldikdən sonra qəbul etdiyi qidalardan zəhərləndiyi ehtimalı üzərində durulur. 

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub