Modern.az

Partiya sədrindən etiraf: “Müxalifət xaricdən maliyyə dəstəyi axtarır”

Partiya sədrindən etiraf: “Müxalifət xaricdən maliyyə dəstəyi axtarır”

24 Noyabr 2012, 11:38

Müsavat başqanı İsa Qəmbərin bəzi müxalif partiyaların xaricdən maliyyələşməsi ilə bağlı mətbuatda geniş rezonans doğuran fikirlərinə Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan münasibət bildirib. ALP sədri Modern.az-a açıqlamasında Müsavat başqanının fikirlərinin doğru olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bir çox siyasi partiyalar, o cümlədən müxalifət partiyaları dövlət tərəfindən maliyyələşdirilmədiyindən onlar xarici ölkələrdə dəstək axtarmağa çalışırlar.

“Mən onu deyə bilərəm ki, ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyaları, həmçinin digər siyasi partiyalar dövlət tərəfindən maliyyyələşmirsə, bu Azərbaycanın dövlət təhlükəsizliyi üçün böyük təhdiddir. İqtidar əgər bunu etmirsə, müxalifət partiyalarını məcbur edir ki, xaricdə özünə maliyyə dəstəyi axtarıb tapsın. Həmin siyasi qüvvələr sonradan iqtidara təzyiq vasitəsinə çevrilirsə, Azərbaycanda hakimiyyətə gələrlərsə, bu, artıq dövlət üçün ciddi təhlükəlidir. Burada daha çox maliyyə alan müxalifət partiyalarını yox, iqtidarı günahlandırmaq lazımdır”, -deyə Ə.Temirxan bildirib.

Politoloq Elxan Şahinoğlunun fikrincə isə Azərbaycanda mövcud olan müxalifyönlü siyasi partiyalara qonşu İran, Rusiya və o cümlədən bir sıra aparıcı qərb ölkələri tərəfindən dolayı yollarla maliyyə dəstəyinin verilməsi qaçılmazdır. Politoloqun sözlərinə görə, maddi dəstək birbaşa həyata keçirilməsə də, müxtəlif qrantlar vasitəsilə baş tutur.

Qeyd edək ki, gələn il üçün siyasi partiyalara dövlət tərəfindən 2 milyon manat vəsait ayrılsa da bu, Müsavat, AXCP kimi ölkənin aparıcı müxalifət partiyalarına şamil edilməyib.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir