Modern.az

Əli Həsənovun Türkiyədə kitabı çap olunub

Əli Həsənovun Türkiyədə kitabı çap olunub

24 Noyabr 2012, 16:24

Bu gün Prezident Administrasiyasının İctimai-ciyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyədə çap olunan "Geopolitika" kitabının imza mərasimini keçirib. Ə.Həsənov imza mərasiminə bir neşə gündür İstanbulda təcrübə mübadiləsində olan redaktorları da dəvət edib.
Modern.az saytı “musavat.com”a istinadən bildiri ki, kitab müəllifini türkiyəli rəsmilər və Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin başqanı Akkan Suver müşayiət edib. Mərasimdə məlumat verilib ki, 460 səhifəlik kitab 9 bölümdən ibarətdir. Kitab "Babiali" nəşriyyatı tərəfindən nəşr olunub.
Əli Həsənov imza mərasiminə qatılan hər kəsə, o cümlədən azərbaycanlı redaktorlara minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkdirilib.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi