Modern.az

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Erməni deputat AÇIQLADI

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Erməni deputat AÇIQLADI

29 Oktyabr 2021, 13:41

“Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yol əldə edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Mülki Müqavilə Partiyasından olan deputat Qaqik Melkonyan deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi hətta bu yola nəzarət edə bilməyə bilər:

 

“Biz bunu “yol” adlandırırıq, onlar buna “dəhliz” deyirlər. Amma dəhliz verməyəcəyik, dəmiryolu və ya avtomobil yolu təqdim edə bilərik. Biz Qarabağa gömrük-keçid məntəqəsi olmadan, yalnız keçid məntəqələrindən keçərək gedirik, onlar da sərbəst girib-çıxacaqlar. Ağdərə-Vardenis, eləcə də Qazaxdan Gürcüstan istiqamətinə yollar açılmalıdır. Ermənistan hökuməti bununla təkcə Azərbaycanın Naxçıvana yol əldə etməsinə razılıq vermir, həm də erməni tərəfinin bu yola nəzarət edəcəyinə əmin deyil”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir