Modern.az

Qənirə Paşayeva çağırış etdi: “HARDASINIZ?...”

Qənirə Paşayeva çağırış etdi: “HARDASINIZ?...”

24 Noyabr 2012, 17:54

Özünü Azərbaycanlı, özünü Türk millətinin nümayəndəsi, özünü ədalətli insan sayan hər kəsin nəzərinə! Əziz dostlar bu kiçik məqaləmlə sizə səslənirəm! HARDASINIZ?...

Mən nə edə bilərəm? söyləmə.. Diqqətlə oxu, görəcəksən ki, əslində sən də çox şey edə bilərsən. Dostlarınızla da mütləq paylaşın.

HARDASINIZ?...

ABŞ tərəfindən Azərbaycana 20 il öncə edilən çox böyük bir ədalətsizliyin, haqs ızlığın 20-ci ildönümü tamam oldu. Baxmayaraq ki, ABŞ-ın bir sıra siyasətçiləri ilə ikitərəfli və çoxtərəfli söhbətlərdə həmsöhbətlər imiz özləri də dəfələrlə etiraf ediblər ki, “Azadlığa Dəstək” Aktına 907-ci düzəliş Azərbaycana qarşı böyük ədalətsizlikdir və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində tutmalı olduğu neytral mövqeyə ciddi zərbədir amma 20-il keçsə də ABŞ Konqresi hələ də bu düzəlişi ləğv etmir…


Bu düzəlişi oxuyanda adamın əsəbləri sadəcə tarıma çəkilir. Bu sənədə görə guya Ermənistan deyil, Azərbaycan Dağlıq Qarabağı işğal edib (?!) və Ermənistanı blokadaya alıb(?!). Bəli, əziz dostlar... Yalanın, saxtakarlığın və ikilistandartın ən böyük nümunəsidir bu düzəliş, amma ABŞ Konqresi bu yanlışı, ədalətsizliyi hələ də düzəltmək istəmir. Üstəlik, bu ölkə Dağlıq Qarabaş münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədridir və kimlərsə onlardan ədalətli bir mövqe sərgiləyəcəyini gözləyir. Nə qədər acı da olsa deməliyəm: Gözləməyin, dostlar, gözləməyin… Olmayacaq..!


Sizə bir az bu düzəlişin qəbulundan danışmaq istəyirəm. Düzəliş ilk dəfə 1992-ci ildə “Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq” ( - Aman Tanrım, yalanın böyüklüyünə bax! - ) məqsədi ilə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etsə də düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi və Konqresdəki dəstəkçilərinin fəliyyəti nəticəsində qəbul edilmişdir.

Düşünə bilirsinizmi, 1 milyon azərbaycanlı düz 20 ildir öz evinə dönə bilmir, amma ermənilər Dağlıq Qarabağda rahatca yaşayırlar, hələ üstəlik, Qarabağda doğulmayan və heç zaman Qarabağda yaşamayan ailələr köçürülür Azərbaycanın bu ayrılmaz parçasına və… ABŞ Konqresi 20 ildir davam edən bu düzəlişlə bizim Dağlıq Qarabağı işğal etdiyimizi deyir… Bu qədər ədalətsizlik çətin ki, başqa hardasa yaşana… Əlavə edim ki, ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir. Düzəlişin mətni belədir (Oxuyun, dünyanın hər yerində yaşayan Azərbaycanlılar, oxuyun və düşünün):


MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ
(A) QADAĞA – Prezident Azərbaycan hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökümətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (A) bəndində göstərilən qadağa tətbiq edilməməlidir. Özünü Azərbaycana yaxın göztərən bəzi Amerikalı siyasətçilər belə bir arqument gətirirlər ki, onsuz da Amerika Azərbaycanla əməkdaşlıq edir və ABŞ Prezidenti onun hüquqi qüvvəsinin dayandırılması haqqında səlahiyyətindən istifadə edərək müvəqqəti onu dayandırdı... Bəli, dayandırdı amma məhz müvəqqəti… Ləğv edilmədi bu düşəliş, sadəcə ABŞ-n maraqları üçün müvəqqəti dayandırıldı…


Bəli, bu ədalətsiz düzəlişin qəbulundan düz 9 il sonar – 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq yetkisi verdi. Açıq danışaq, bu ədalətsizliyin ləğvi deyil, Amerika maraqları üçün gərəkən addım idi…


1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan bu düzəliş ikilistandartların bariz təzahürü olmaqla yanaşı Azəırbay¬canın imicini, xalqımızın həssasiyyətini ciddi şəkildə zədələyən bir düşəlişdir. (–Daha dəqiq desək, bu “düzəliş” yox, “əyrilik”dir!) Onun 20 yaşı tamam olur. Hər bir mövzuya öz münasibətlərini açıqlayan Amerikanın Azərbaycandakı səfirliyi və cənab səfir Morninqstara səslənirik. Çıxın xalqın qarşısında bunu da açıqlayın! 20 illik bu yalan, bu ədalətsizlik nə zaman ləğv olunacaq, cənab səfir..? Haqlardan, ədalətdən danışan Amerika bu utancı nə zaman üzərindən atacaq..? Cənab səfir, Azərbaycan xalqı sizdən bu suala cavab gözləyir…


Amerikada yaşayan Azərbaycanlılar, fərqi yoxdur torpaqlarımızın quze¬yin-dənmi, güneyindənmi getmisiniz okean ötəsinə, əsas odur ki, qanını daşıdığınız xalqa, 50 milyondan çox Azərbaycanlının ümid yeri olan Azərbaycan Res¬pub-li¬ka¬sına qarşı ədalətsizlik, haqsızlıq ortadadır və buna qarşı dirəniş göstərmək la¬zım¬dır..! Daha neçə il dözmək istəyirsiniz, əziz soydaşlarımız? Onun ləğvi üçün istəsəniz siz hamıdan daha böyük rol oynaya bilərsiniz. Təbii, istəsəniz…
Amerikada yaşayan və sayı ermənilərdən az olmayan türk kökənli insanlara səslənirik… Harda doğulmasından asılı olmayaraq canı canımızdan, qanı qanı-mızdan olan qardaşlarımıza, bacılarımıza səslənirik: Hardasınız?
Bütün tərəqqipərvər insanlara, dünyada ədalətin, sülhün, birgəyaşayışın tərə¬fində olan hər kəsə səslənirik: ABŞ-ın “Azadlığa Dəstək” Aktına 907-ci dü-zəlişinin daha neçə il davam etməsi lazımdır?!.


“Azadlığa Dəstək” Aktına 907-ci düzəlişin 20 ili tamam oldu…
Azərbaycana qarşı ən böyük ədalətsizliklərdən birinin 20 yaşı tamam oldu…
Azərbaycana qarşı atılan böhtanın, yalanın 20 yaşı oldu…

Hardasınız? Artıq buna “YOX” deməyə hazırsınızmı, insanlar? Soydaşlar! Hər kəs bilgisayar başına! İnterneti, sosial şəbəkələri bu gün 907-ci düşəlişə millət olaraq etiraz günü elan edək. Amerika konqresmenlerinə, senatorlarına, qeyri-hökumət təşkilatlarına, mətbuat ve media qurumlarına səsimizi duyurmanın hansı yolu varsa, elə bu dəqiqədən hər kəs gücü çatanı etsin… “907-ci düzəliş”ə - ədalətsizliyə, yalana YOX deyək, YETƏR deyək və LƏĞV EDİN deyək…


Əziz dostlar! ABŞ-nın Azərbaycandakı səfirliyinə bununla bağlı müraciətlərlərimizi, ABŞ-dan bu ədalətsizliyin düzəldilməsini tələb edən, istəyən müraciətlərimizi, haqlı etirazımızı yazıb göndərməliyik. Minlərlə insanımız, gəncimiz həm yazılı olaraq, həm də ABŞ səfirliyinin elektron ünvanına məktublar göndərərək bu haqsızlığın, ədalətsizliyin ləğvini istəməli, səfirlikdən öz etiraz səslərini ABŞ konqresinə çatdırmağı istəməlidirlər. Biz bunu elə bu dəqiqədən etməliyik…Unutmayın! “Azadlığa Dəstək” Aktına 907-ci düzəlişdən düz 20 il keçir..

Qənirə Paşayeva,

Milli Məclisin üzvü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir