Modern.az

Dünyada ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR

Dünyada ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR

29 Oktyabr 2021, 15:44

Qlobal ərzaq qiymətləri 2021-ci ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 33% artıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, iyul ayından bu yana ərzaq qiymətləri qlobal miqyasda 3%-dən çox artıb və 2011-ci ildən bəri görünməmiş səviyyəyə çatıb.

 

Modern.az xatırladır ki, dünyada baş verən proseslər ölkəmizdə də ərzaq qiymətlərinin artımına səbəb olub. Xüsusən, dənli bitkiləri, yağ və şəkər məhsullarında xarici bazarlardan asılılıq həmin məhsulların Azərbaycandakı qiymətlərinə təsir edib. Azərbaycanın xaricdən ən çox idxal etdiyi- ət, süd, kərə yağı, meyvə-tərəvəz, çay və s. ən çox artım müşahidə olunan məhsullar arasındadır. Bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 7,8% bahalaşmaya gətirib çıxarır. Bəs dünyada ərzaq qiymətlərinin bu qədər bahalaşmasının səbəbləri nələrdir?

 

Müşahidə olunan nəticələrə görə bahalaşmanın səbəblərindən biri yüksək neft qiymətlərinin olmasıdır. Çünki dünyada ərzaq məhsulları böyük məsafələrə daşınır və bu yüksək neft qiymətləri daşınma xərclərini daha da artırır.

 

Bundan başqa neftin qiyməti kənd təsərrüfatına da təsir edən amildir. Çünki kənd təsərrüfatında istifadə olunan gübrələrin tərkib hissəsi neftin yan məhsullarıdır.

 

Növbəti faktor isə iqlim dəyişikliyidir. Bu, daha çox ekstremal hava şəraiti yaradır və məhsullara zərər verir. Bundan başqa dünyada qiymətlərin daha da artmasına təsir edən amil insanların daha çox ət yemək istəməsidir. Dünyanın çox yerində insanlar varlı olduqları üçün daha çox ət, xüsusilə də mal əti yeyirlər. Ət yeməkləri üçün lazım olan heyvanları qidalandırmaq üçün daha çox taxıl tələb olunur. Ətə tələbatın artması da taxılın qiymətinin artması deməkdir. Dünyada isə ərzaq məhsulları qiymətinin artımı bu il müşahidə olunur.

 

Bəs bunun səbəbi nədir? COVID-19 pandemiyası ərzaq qiymətlərini 3,3% bahalaşdırıb. Həmin məhsullara ət, balıq, quş əti və yumurta daxildir.

 

Dünyada bu artımın səbəbini belə izah edirlər: Bir çox insan pandemiya görə yeməyi restoranlarda yemək əvəzinə evdə hazırlamağa başladılar. Bu da evdə yemək tələbini artırdı. Bundan başqa ölkələr virusun yayılmasını dayandırmaq üçün sərhədlərini bağladıqları üçün ixrac və idxal da dayandırıldı. Bu da dünyada qlobal bahalaşmağa gətirib çıxardı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı