Modern.az

İmişlidə rəzalət: 11 yaşlı uşağın körpəsi doğuldu

İmişlidə rəzalət: 11 yaşlı uşağın körpəsi doğuldu

Hadisə

29 Oktyabr 2021, 17:55

Azərbaycanda 11 yaşlı qızın 31 həftəlik hamiləliyilə bağlı xəstəxanaya müraciət edilib.

Modern.az saytı Oxu.az-a istinadən xəbər verir ki, hadisə İmişli rayonunda qeydə alınıb. 

Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib. 

Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız qeysəriyyə əməliyyatı edilib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib.

 

“Əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib. 11 yaşlı qız reanimasiyaya yerləşdirilib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir