Modern.az

Telman İsmayılova qarşı hər hansı cinayət işi açılmayıb

Telman İsmayılova qarşı hər hansı cinayət işi açılmayıb

18 Fevral 2010, 12:10

Rusiya hüquq-mühafizə orqanlarının AST şirkətlər qrupunun prezidenti Telman İsmayılova qarşı heç bir şikayəti yoxdur. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya  hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Mənbə qeyd edir ki, Telman İsmayılova qarşı hər hansı cinayət işi açılmayıb. Qeyd olunur ki, ötən il Telman İsmayılova məxsus olan Çerkezsk bazarında insan sağlamlığına zərər vuracaq malların satılması üzrə cinayət işi açılıb.  Lakin bu işin AST Telmanla heç bir əlaqəsi yoxdur. “Lakin bu işdə Telman İsmayılovun adı keçməyib və bu işə bir sıra digər firmaların direktorları cəlb olunub”,-deyə mənbə qeyd edib.  Bildirilir ki, Telman İsmayılov yalnız Çerkezsk bazarının anbarlarını ticarətçilərə təqdim edib və qaçaqmalçılıqda şübhəli bilinən və ya  ittiham olunan şəxs qismində çıxış etməyib.

 

Qeyd edək ki, Çerkezsk bazarının bağlanmasından sonra Telman İsmayılov Rusiyanı tərk edərək Türkiyəyə gedib.  Fevralın 15-də isə o, Çeçenistana gələrək prezident Ramzan Kadırovla görüşüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu