Modern.az

Neftin büdcə qiymətinin artırılması nə vəd edir?

Neftin büdcə qiymətinin artırılması nə vəd edir?

Aktual

31 Oktyabr 2021, 10:59

Azətbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında bildirib ki, 2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 50 ABŞ dolları məbləğində götürüləcək.

 

Neftin büdcə qiymətinin artırılması nə vəd edir?

 

İqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda neft qiymətinin büdcədə öz əksini tapması ancaq icmal büdcəyə öz təsirlərini göstərir:


“Çünki Azərbaycanın dövlət büdcəsinin formalaşmasında Dövlət Neft Fondundan transferlər əsas götürülür. Bu təsir təqribən 50 faiz civarında özünü göstərir.


Neftin qiymətinin neçə olmasından asılı olmayaraq, nəzərdə tutulan transfert həyata keçirilir. Ona görə də qiymətinin hansı səviyyədə götürülməsi daha çox Dövlət Neft Fondunun büdcəsinə təsir göstərir".

 

Onun sözlərinə görə, neftin 50 dollardan götürülməsi kifayət qədər normal yanaşmadır:

 

"Çünki neft qiymətlərinin gələn il çox kəskin şəkildə ucuzlaşması gözlənilmir. Ona görə də Dövlət Neft Fonduna kifayət qədər əlavə vəsaitin daxil olması nəzərdə tutulur. Belə bir artımın baş verməsinin səbəbi də Fonddan bu il nəzərdə tutulandan daha çox vəsaitin büdcəyə daxil edilməsi ilə bağlıdır. Bu da təxminən 900 milyon vəsait edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı