Modern.az

Ərdoğan - Bayden GÖRÜŞÜNDƏN gözləntilər

Ərdoğan - Bayden GÖRÜŞÜNDƏN gözləntilər

Aktual

31 Oktyabr 2021, 14:18

“Amerikanın istədiyi Türkiyənin S-400-lərdən imtina etməsidir. Türkiyə tərəfi də bunu etmədiyi üçün Amerikanın sanksiyalarına məruz qalır. Ərdoğan Putinlə görüşdükdən və S-400-lərdən imtina etməyəcəyini dedikdən sonra lirə də bir xeyli ucuzlaşdı”.


Bu sözləri Modern.az-a açıqlamasında siyasi ekspert Elman Vəliyev bu gün olacaq Ərdoğan və Baydenin görüşü ilə bağlı deyib.

 

Onun sözlərinə görə, görüşdə əsas məsələ olan "F"-lər müzakirə ediləcək:


“Amerika F-35 proqramından Türkiyəni xaric edib. F-16 məsələsində isə iki ölkə razılıq əldə edə bilmir. İki liderin görüşündən əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə həmkarı Sergey Lavrov görüşmüşdü.


Zənn edirəm ki, bu görüşdə Ərdoğan bu məqamlara fokuslanacaq. Bu Türkiyə üçün çox önəmli məqamdır. Ancaq zənn etmirəm ki, S-400-lərdən imtina etsin. Ola bilər ki, F-16 məsələsində uzlaşma ola bilər. Rusiya isə Türkiyənin Amerika ilə yaxınlaşması qarşılığında Suriyada əməliyyatlar aparacaq. Türkiyə tərəfi bu 2 önəmli məqamı tarazlaşdırmalıdır. Suriya da Türkiyə üçün çox önəmlidir. Türkiyənin tək tərəfli mövqe nümayiş etdirəcəyini hesab etmirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?