Modern.az

Ana olan 11 yaşlı uşağın ailəsi deputatla görüşməkdən İMTİNA ETDİ

Ana olan 11 yaşlı uşağın ailəsi deputatla görüşməkdən İMTİNA ETDİ

Aktual

1 Noyabr 2021, 11:38

“Mən qız uşağının ana tərəfi ilə görüşmək istədim. Amma görüşmək istəmədiklərini bildirdilər”.

 

Bu sözləri Modern.az-a açıqlamasında İmişlidən seçilən deputat Razi Nurullayev rayondakı cinayətlə bağlı danışarkən bildirib.

 

Deputatın sözlərinə görə, qız uşağının ailəsi görüşməkdən imtina edib:

 “Nənə və babası da Saatlıda yaşayır, onlarla da görüşmək mümkün olmadı. Ailə ümumiyyətlə mənlə görüşməkdən imtina edir. Başa düşürəm ki, onların hazırda görüşmək və dinləmək kimi halları yoxdur. Bu baxımdan görüş alınmadı. Amma mən yenidən Bakıda görüş təşkil etmək niyyətindəyəm. Artıq faktlarda günü-gündən ortaya çıxır. Hesab edirəm ki, həmin qız uşağını anasından alıb dövlət tərəfindən  himayə olunmalıdır. Çünki artıq həmin ana da uşağa analıq edə bilməz. İstintaq mərhələsində daha dəqiq məsələlər ortaya çıxacaq. Bundan sonra dəqiq işlər görmək olacaq. Mən də məsələni diqqət mərkəzində saxlayıram. Bir uşağın xəyallarını məhv edən insanlar qanunun ən sərt üzü ilə cəzalandırılacaq”.

 

Qeyd edək ki, İmişlidə 11 yaşlı uşğaın atalığının cinsi təcavüzünə məruz qalaraq, 30-31 həftəlik hamilə olması üzə çıxıb.

 

O, Respublika Klinik Xəstəxanasının patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. 


Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən atalıq tutulub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir