Modern.az

Türkiyənin Afrika siyasəti - Kontr admiral: “Nə birimiz quluq, nə də ağayıq”

Türkiyənin Afrika siyasəti - Kontr admiral: “Nə birimiz quluq, nə də ağayıq”

1 Noyabr 2021, 17:10

“Türkiyənin "müstəmləkəçi" anlayışı ilə hərəkət etməməsi və Afrika ölkələri ilə ortaq mənfəətlər əsasında əlaqələr qurması, Türkiyənin uğurunun əsas səbəblərini təşkil edir. Afrika ölkəsi olan Liviya dənizdən Türkiyənin qonşusudur. Bu bölgə həmçinin Afrika üçün də çox önəmlidir. Daha doğrusu Avropa üçün Liviya Afrikaya giriş qapısıdır”.

 

Bu sözləri Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Modern.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, Afrika artıq Qərbin siyasətini anlayır:

 

 “Amma Avropa dövlətləri Afrikaya qul münasibəti göstərməyə davam edir. Özlərini isə ağa kimi aparırlar. Türkiyə isə bu münasibətlərə aydınlıq gətirdi. Türkiyənin Afrikaya münasibəti belədir ki, hamımız bərabərik, nə birimiz quluq, nə də ağayıq. Türkiyənin bu fikirlə yaxınlaşması Afrikada qarşılıqsız qalmadı. Afrikanın ticarət və digər sahələrdə iş birliyinin kilidi də bu münasibətlə açıldı. Çox ciddi bir şəkildə iki ölkənin əlaqələri sürətlə möhkəmləməyə başlayır. Çünki Türkiyənin davranışı Afrikanı oyandırdı. Afrika Qərb ölkələri tərəfindən qul kimi davrandığını artıq bilir”.

 

Cihad Yaycı Türkiyənin yeni siyasətinin düşünülmüş və planlı olduğunu söyləyib. Onun sözlərinə görə, Avropa Türkiyəni Afrikadan sıxışdırıb çıxarmaq istəyir.

“Türkiyə Afrikada çox ciddi bir türk təsiri yaradır. İqtisadi və müdafiə sahəsində iki tərəf  arasında işlər görülür. Əslində Türkiyənin bu hərəkəti Avropanı narahat edir. Ona görə də Yunanıstanı və Cənubi Kipri istifadə edərək Türkiyə üzərinə təzyiq göstərir. Bununla da Türkiyəni Afrikadan çəkmək niyyətindədir. Amma bunu bilməlidirlər ki, Türk milləti yeni bir yüksəliş dövrünə keçib”,- deyə Cihad Yaycı bildirib.

 

 Qeyd edək ki, kontr-admiral Cihad Yaycının Modern.az-a geniş müsahibəsini sabah oxuya bilərsiniz.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı