Modern.az

Polşa və Portuqaliya “Eurovision-2013”dən imtina etdi

Polşa və Portuqaliya “Eurovision-2013”dən imtina etdi

26 Noyabr 2012, 13:44

Polşa və Portuqaliya “Eurovision-2013” mahnı müsabiqəsində iştirakdan imtina etdilər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarlar sözügedən ölkələrin maliyyə böhranı keçirməsi ilə bağlıdır. Nə Polşa, nə də Portuqaliya “Eurovision”dakı uğurları ilə fəxr edə bilərlər. Belə ki, ilk ölkənin ən böyük uğuru 1994-cü ildə qazanılmış ikinci yer, ikincininki isə 1996-cı ildə əldə edilmiş altıncı yer olub.
Xatırladaq ki, “Eurovision-2013” mahnı müsabiqəsi gələn il mayın 14-18-də İsveçdə keçiriləcək.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub