Modern.az

Azərbaycanın baş ravvini Nyu-Yorkda kimlərlə görüşdü?

Azərbaycanın baş ravvini Nyu-Yorkda kimlərlə görüşdü?

2 Noyabr 2021, 10:48

ABŞ-ın Nyu-York şəhərində Menahem-Mendl Şneerson Lyubavik rebesinin elçilərinin konfransı keçirilib. 

Modern.az xəbər verir ki, konfransa dünyanın fərqli ölkələrindən 2 mindən çox ravvin qatılıb.

 

Konfransda müsəlman ölkələrində yaşayan ravvinlərin ayrıca görüşü də baş tutub.

Həmin görüşə Türkiyə yəhudi icmasının rəhbəri Mendel Hitrik, Qazaxıstanın baş ravvini Yeşaya Elazar Koen, Nigeriyadan olan ravvin İsrael Uzan, Mərakeş ravvini Qad Buskil, İran yəhudi icmasının başçısı İuda Gerami və Azərbaycan yəhudilərinin baş ravvini Şneur Seqal qatılıb.

 

Konfransda Azərbaycanda yəhudi milliyətindən olan şəxslərin heç bir diskriminasiyaya uğramadığı, tolerant və multikultural cəmiyyətdə yaşadığı, bütün vətəndaş hüquqlarına sahib olduğu qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir