Modern.az

Jurnalist evində güllələnib

Jurnalist evində güllələnib

18 Fevral 2010, 13:19

Yəmənin “Al Qaira” aylıq qəzetində çalışan jurnalist Məhəmməd Şui al-Rabui  ölkənin şimal-qərbində, Beni Qaisdə yaşadığı evdə beş nəfər naməlum şəxs tərəfindən güllələnib.

 

Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) verilən məlumata görə,  jurnalistin çalışdığı qəzet ölkənin əsas aparıcı müxalifət partiyası olan “İslam İslahatçıları” tərəfindən nəşr olunur. M. Şui al-Rabuinin qəzetdə yerli cinayətkar dəstənin fəaliyyəti haqqında bir neçə tənqidi yazısı çap olunub.

 

BMİ-nin direktoru Deyvid Dədc baş vermiş qətl hadisəsindən təəssüfləndiyini deyərək, Yəmən hakimiyyətindən qatillərin tapılmasını tələb edib.

 

Qeyd edək ki, 2009-cu ildə Yəməndə yerli quldur dəstənin 5 üzvü hüquq-mühafizə orqanları tərəfindən həbs edilsə də, az sonra onlar azadlığa buraxılıblar. Ölkədəki jurnalistlər, siyasi partiyalar və insan haqları ilə bağlı qurumlar buna görə Yəmən hakimiyyətini kəskin etmişdilər.

  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi