Modern.az

General Karakuş Modern.az-a DANIŞDI: “Rusiyaya “Bayraktar” sata bilərik”

General Karakuş Modern.az-a DANIŞDI: “Rusiyaya “Bayraktar” sata bilərik”

2 Noyabr 2021, 13:34

Rusiya və Ukrayna arasındakı münasibətlər yenidən gərginləşməyə başlayıb. Son günlər Ukrayna Donbasda separatçılara qarşı bir neçə uğurlu əməliyyat keçirib.

Bundan başqa, oktyabrın 26-da Ukrayna ordusunun Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatından separatçılara qarşı uğurla istifadə etməsi Moskvanı ciddi şəkildə narahat edib. Bəs Rusiya və Ukrayna arasındakı hərbi gərginlik fonunda Türkiyənin mövqeyi nədən ibarətdir?

 

Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş Modern.az-a açıqlamasında Rusiyanın qonşu ölkələrə hərbi müdaxiləsini dəstəkləmədiklərini, həmin ölkələrdə türk mənşəli insanların taleyindən narahat olduqlarını dilə gətirib:

 

“Rusiyanın həm Gürcüstana, həm də Ukraynaya olan işğalını Türkiyə pisləyir. Bu vəziyyət bizi Türkiyə olaraq narahat edir. Çünki Ukraynada bizim türk qardaşlarımız var. Krımda beş yüz minə yaxın türk yaşayır. Krım da Ukraynaya bağlı bir bölgə olmaq istəyir. Belə bir vəziyyətdə Türkiyənin mövqeyi budur ki, Krım Ukraynaya verilməlidir. Əslində uzun zamandır bu vəziyyət Türkiyə və Rusiya arasında həll olunmayan bir məsələdir”.

 

Karakuş ölkəsinin Ukraynaya silah satmasından narahatlıq keçirməməli olduğunu təkrarlayıb.

“Amma bizim Ukraynaya silah satmağımız o demək deyil ki, müharibə işlərinə qarışırıq. Bunu açıq-açıq demişik. Türkiyə müxtəlif ölkələrə silah satışı və alışı edir. Bir silahı necə və nə üçün istifadə etmək məsələsi alan ölkəyə aiddir, Türkiyənin bununla bir əlaqəsi yoxdur. Bunu Türkiyə açıq şəkildə bildirdi. Bu mövzuda əslində Rusiyanın da bir dirənişi olmalı deyil. Çünki onlar da dünyanın müxtəlif ölkələrinə silah satışı edir. Rusiya istehsalı olan bəzi təyyarələr Suriyadan qalxaraq bizim nəzarət altında olan ərazilərə hücum edir. Həmin silahlar Rusiya istehsalı ola bilər, amma bu o demək deyil ki, Rusiya Türkiyəyə hücum edir. Silahlar Suriya hökümətinə aiddir”.

 

General- leytenant Türkiyənin Rusiyaya “Bayraktar” satılması ehtimalına da toxunub.

“”Bayraktar”ı istənilən ölkəyə sata bilərik. Ruslar dünyanı silahla təmin edir. Onlarda bilir ki, silah onu istifadə edənə aiddir. Bu silahı satan tərəfi  maraqlandırmaz. Ruslar “niyə Ukraynaya silah satdınız, bunu etməli deyildiniz”-deyə bizdən narazılıq edir. Biz isə həmin silahların Ukraynaya məxsus olduğunu, “Bayraktar”ı Rusiyaya da sata biləcəyimizi söyləyirik. Silah satışlarına görə Türkiyənin hər hansısa məsuliyyəti ola bilməz. Bizi də Suriyada narahat edən məsələlər olur, amma biz onu Suriya hökümətinə aid edirik, ruslara yox”, - deyə Ərdoğan Karakuş bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir