Modern.az

Saakaşvili özünə amerikalı vəkil tutacaq

Saakaşvili özünə amerikalı vəkil tutacaq

Dünya

2 Noyabr 2021, 14:34

Ukrayna və ABŞ-dan olan vəkillər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müdafiəsinə qoşulacaq.

Modern.az xəbər verir ki, bunu siyasətçi vəkillərindən biri deyib.

 

“Eks-prezidentin vəziyyəti hər gün pisləşir və indi gürcü xalqının dəstəyinə ehtiyacı var. Təbii ki, hüquqi tərəf də böyük əhəmiyyət kəsb edir, komandamıza ABŞ-dan hüquqşünas qoşulub. Ukraynalı hüquqşünaslar da komandamıza qoşulacaq. Gürcüstan hökumətinin hüquqi problemləri olacaq, ombudsmanın hesabatını pozan hökumət həkimlər şurasının tövsiyəsini nəzərə almayıb və hələ də insan hüquqlarını pozmaqda davam edir”.

 

Qeyd edək ki, Saakaşvili 33-cü gündür ki, Rustavi həbsxanasında aclıq aksiyası keçirir. Bundan əvvəl o, dərman qəbul etməkdən və Gürcüstan Səhiyyə Nazirliyinin göstərişi ilə çağırılan həkimlər şurası ilə əməkdaşlıqdan imtina edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!