Modern.az

Cənubi Koreyada quş qripi AŞKARLANDI

Cənubi Koreyada quş qripi AŞKARLANDI

2 Noyabr 2021, 15:15

Koreya Respublikasında çöl quşları arasında yüksək patogenli qrip ocağı müəyyən edilib.

 

Modern.az xarici KIV-lərə istinadən xəbər verir ki, hakimiyyət orqanları ölkənin quşçuluq təsərrüfatlarında infeksiyanın yayılmasının qarşısını almaq üçün işlərə başlayıb.

 

Qeyd edilib ki, bu, son 7 ayda ölkədə ilk belə haldır.

 

Bununla əlaqədar xəstə quşların aşkarlandığı yerdən 500 mert radiusda tam karantin tətbiq edilib və 21 gün ərzində yaxınlıqdakı quşçuluq təsərrüfatları arasında hərəkət məhdudlaşdırılıb.

 

Qeyd edək ki, 2016-cı ilin noyabrında yüksək patogenli ştammın virusu kütləvi epizootiyaya səbəb olub. Bununla da Koreya Respublikasında növbəti 4 ay ərzində 38 milyon ev quşu məhv edilib ki, bu da qıtlığa və qiymətlərin sürətlə artmasına səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi