Modern.az

Xankəndi erməniləri Azərbaycan dilini ÖYRƏNİR - FOTO

Xankəndi erməniləri Azərbaycan dilini ÖYRƏNİR - FOTO

Qarabağ

2 Noyabr 2021, 22:13

Azərbaycanın rusiyalı sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanşünaslıq Mərkəzi yerli universitetin nəzdində fəaliyyət göstərəcək.

 

İlk mərhələdə 10-dan artıq Xankəndi sakini Azərbaycan dilini pulsuz öyrənə biləcək. 6 ay davam edəcək kursların yaxın perspektivdə genişləndirilməsi nəzərdə tutulur.

 

Azərbaycan dilinin rus sülhməramlıların nəzarəti altında olan digər şəhər və kəndlərdə təşkil olunması da müzakirə edilir.


Bəzi məlumatlara görə, bu addım bölgənin Azərbaycana dinc inteqrasiyasına hazırlıq çərçivəsində həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!