Modern.az

5-11 yaşlı uşaqlara da vaksin vurulacaq

5-11 yaşlı uşaqlara da vaksin vurulacaq

3 Noyabr 2021, 09:42

ABŞ-da 5-11 yaşlı uşaqlara da vaksin vurulacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi vaksinlərin  vurulması tövsiyə edilib.

 

Bildirilib ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası (CDC) üzrə Federal Mərkəzinin üzvləri yekdilliklə ABŞ-da 5-11 yaş arası uşaqlar üçün göstərilən vaksinin iki dozası ilə peyvənd edilməsinə səs veriblər.

 

Qeyd ediblər ki, bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün dozanın təqribən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə vurulacaq. Peyvənd cümə günü satışa çıxarıla bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq