Modern.az

Rusiya və Çindən Şimali Koreyaya DƏSTƏK

Rusiya və Çindən Şimali Koreyaya DƏSTƏK

Dünya

3 Noyabr 2021, 11:59

Rusiya və Çin Şimali Koreyaya qarşı sanksiyaları yumşaltmaq üçün BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edib.

 

Modern.az xəbər verir ki, qətnamə Şimali Koreyanın dəniz, toxuculuq məhsulları ixracına qoyulan qadağanı və təmizlənmiş neft idxalına məhdudiyyətləri aradan qaldırmağa aiddir.

 

Qeyd edək ki, qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul edilməsi üçün 15 üzvdən ən azı 9-u lehinə səs verməli və daimi üzvlərdən ABŞ, Rusiya, Çin, Britaniya və Fransadan heç biri veto hüququndan istifadə etməməlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir