Modern.az

Moskvadan vacib QARABAĞ MESAJI: “Liderlərin görüşəcəyi təqdirdə...”

Moskvadan vacib QARABAĞ MESAJI: “Liderlərin görüşəcəyi təqdirdə...”

Qarabağ

3 Noyabr 2021, 17:42

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinq keçirib.

 

Modern.az xəbər verir ki, Zaxarova Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli komisisyasının iclasının keçiriləcəyini açıqlayıb.

“Regionda kommunikasiyaların açılmasına dair üçtərəfli komissiyanın növbəti iclası noyabrın 29-da Moskvada baş tutacaq. Bu kontekstdə danışıqlar davam etdirilir”.

 

Zaxarova Qarabağ məsələsi ilə bağlı danışıqlara da yer verib.

“ATƏT-in Minsk qrupu çərçivəsində geniş işlər görülür. Hazırda üçtərəfli razılaşmanın bəndlərinin icrası üzərində iş aparılır. Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi təqdirdə iki ölkənin müvafiq mətbuat xidmətləri Rusiyaya da məlumat verəcək”,- deyə Zaxarova əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi